Yunis Hüseynov postundan istefa verəcək
"Xəzər Lənkəran" Premyer Liqanın ikinci yarısının hazırlıqlarını doğma şəhərdə davam etdirir.
Sportal.az-ın əldə etdiyi məlumata görə komanda transfer fəaliyyətini dayandırıb. Klubun düşərgəsində baxışda olan futbolçular geri qaytarılıb. "Ağ-yaşıllar"ın sabiq futbolçuları Orxan Sadıqlı, Tural Cəlilov və Rasim Ramaldanovun komandaya dönəcəyi ehtimal olunurdu. Lakin bu futbolçular da "Xəzər Lənkəran"a qayıtmayacaq.
Cənub təmsilçisi çempionatın ikinci yarısına öz akademiyasının yetirmələri ilə davam edəcək. Əldə etdiyimiz digər məlumata görə baş məşqçi Yunis Hüseynov da postundan istefa verəcək.
saytlarin hazirlanmasi