AFFA bir klubun 6 xalını sildi

18:14 - 13 Yanvar 2016

Müqavilə şərtlərinə riayət etmədiyinə görə

 

FİFA 11.01.2016-cı il tarixində AFFA-ya məktub ünvanlayaraq FİFA-nın Nizam-İntizam Komitəsinin “Bakı” klubu haqqında qərar qəbul etdiyini bildirib. 

 

Sportal.az  AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, “Bakı” klubu ilə həmin klubda çıxış etmiş futbolçu Adnan Barakat arasında bağlanmış müqavilə şərtlərinə klubun riayət etməməsi səbəbindən klubun cari mövsüm aktivindən 6 xal silinməsi göstərilib.

Yuxarıda göstərilənləri nəzərə alaraq, AFFA-nın İntizam Komitəsi aşağıdakı qərarı qəbul edib:

- Azərbaycan birinci divizion yarışlarında "Bakı"nın cari mövsüm aktivindən 6 xal silinib.
 
- 27 dekabr 2015-ci il futzal üzrə Azərbaycan birinciliyinin II dəstəsinin  “Titan”  – “Port Baku” matçı başa çatdıqdan sonra “Titan” klubunun 10 nömrəli futbolçusu Zaur Səmədov hakimə qarşı fiziki təzyiq göstərməyə cəhd etdiyinə görə 5 oyun cəzalanıb.

Xəbər xətti