Qriqorçuk qərar verəcək
Antalyada təlim-məşq toplanışını davam etdirən "Qəbələ" daha bir futbolçu ilə heyətini gücləndirə bilər.
Sportal.az xəbər verir ki, ötən gün oynanılan "Qəbələ" - "Osabryuk" (1:1) matçında millimizin üzvü olan Pavel Paşayev də çıxış edib. Komandada baxışda olan futbolçu haqqında yekun qərarı Roman Qriqorçuk verəcək.
Qeyd edək ki, Paşayev karyerası ərzində Ukraynanın "Dnepr”, "Krivbass”, "Karpatı” , "Metallurq” (Zaporojye) klublarında çıxış edib.
saytlarin hazirlanmasi