SON DƏQİQƏ: "Xəzər Lənkəran" iki futbolçusunu qovdu, üçünü transferə çıxardı

13:23 - 17 Yanvar 2016

İntizam kodeksini qozduqlarına görə...

 

"Xəzər Lənkəran" bir neçə gənc futbolçusunu klubdan uzaqlaşdırıb.

 

Sportal.az xəbər verir ki, cənub klubunun bununla bağlı yaydığı rəsmi məlumatda bunlar qeyd olunub:

 

“Xəzər Lənkəran” Futbol Klubunun daxili nizam intizam kodeksini kobud şəkildə pozduğuna görə futbolçular Elvin Mirzəyev və Kazım Kazımlı klubumuzdan uzaqlaşdırılıblar. Digər üç futbolçumuz - Elşən Rzazadə, Elnur Cəfərov və Kamran Abdullazadə isə transferə çıxarılıb. Əsas komandamızın toplanışına baxışa digər klublardan futbolçular dəvət olunub ki, bu haqda əlavə məlumat veriləcək. Son olaraq qeyd edirik ki, “Xəzər Lənkəran” klubunun əsas komandası ilə yanaşı, bütün aşağı yaş qruplarının məşqləri plan üzrə davam edir".

Xəbər xətti