Niyə bu barədə susurlar?
Azərbaycan futbolunda baş verən qəribəliklər, anormallıqlar artıq o qədər adi hal alıb ki, nəyəsə təəccüblənmək olmur. Elə veteran qapıçı Hüseyn Məhəmmədovun "Neftçi"də düşdüyü durumu da belə anormallıqlara aid etmək olar.
Demək, bir müddət əvvəl Sportinfo.az saytında Hüseyn Məhəmmədovun "Topaz"da pul qoyuluşu etdiyini əks etdirən fotolar yayılıb. Bu hadisədən sonra "Neftçi" rəhbərliyi Məhəmmədovu işdən uzaqlaşdırmaq qərarına gəlib. Hüseyn Məhəmmədov klub rəsmisi Mübariz Xudiyevlə söhbətdə həmin hadisənin bir neçə il əvvəl, hələ "Neftçi"də işləmədiyi dönəmdə baş verdiyini desə də xeyri olmayıb və qapıçılarla işləyən məşqçi işdən çıxarılıb.
Lakin Hüseyn Məhəmmədovun işdən çıxarılmasından xeyli vaxt keçsə də klub bu barədə heç bir məlumat verməyib. Əldə etdiyimiz bilgiyə görə, Hüseyn Məhəmmədovun işdən çıxarılması ilə bağlı heç bir əmr verilməyib. Axı, necə ola bilər ki, bir adam işdən çıxarılır, ancaq ona bununla bağlı heç bir sənəd, əmrin nüsxəsi verilmir.
Məsələ ilə bağlı "Neftçi" tərəfinin də mövqeyini işıqlandırmağa hazırıq.
saytlarin hazirlanmasi