"Xəzər Lənkəran"dan FİFA-ya daha bir şikayət

16:17 - 18 Yanvar 2016

Skarlatake borcunu tələb edir

 

Daha bir futbolçu "Xəzər Lənkəran"dan FİFA-ya şikayət edəcək.

 

Sportal.az xəbər verir ki, ötən ilin sonunda cənub təmsilçisindən ayrılan Adrian Skarlatake klubun ona olan borcunu ödəmədiyinə görə bu yola əl atıb. Rumıniyalı futbolçu saytımıza açıqlamasında buna məcbur qaldığını deyib: "Vəkillərim bu gün rəsmən rəsmən FİFA-ya müraciət edəcək. Mən istəməzdim ki, belə olsun. "Xəzər Lənkəran" mənim üçün doğma klubdu. Amma məcbur qaldım. 10 aydı ki, maaş ala bilmirəm".

 

Qeyd edək ki, təcrübəli müdafiəçi 2011-2015-ci illərdə "Xəzər Lənkəran"ın şərəfini qoruyub.

Xəbər xətti