"Zirə"nin hücumçusu: "Bunu bacarmaq üçün hər oyuna final matçı kimi çıxacağıq" MÜSAHİBƏ

13:59 - 19 Yanvar 2016

"Fasilədən sonra qolları sıralamağa davam edəcəm"
 
Antalyada təlim-məşq toplanışında olan "Zirə" hazırlıqlarını davam etdirir.
 
"Zirə"nin futbolçusu Nurlan Novruzov Sportal.az-ın suallarını cavablandırıb:
 
 
- Hazırlıqlar necə gedir ?
- Şükür hər şey yaxşı gedir. Proqrama uyğun çalışırıq. Baş məşqçinin verdiyi tapşırıqları yerinə yetirməyə davam edirik.
 
- Yoxlama oyununda 4:1 hesabı ilə gözlənilmədən məğlub oldunuz . Səbəb nə idi?
- Məncə adi bir haldı. Çünki yoxlanış oyununda fərqli taktikadan, fərqli heyətdən istifadə edilir. Oyundan oyuna daha yaxşı olur. ilk oyunumuz idi, gələn oyunlarda daha yaxşı olacaq.
 
- Yoxlama oyunu olsa da, “Zirə”də ilk qolunu vurdun. Artıq özünü komandaya kömək etməyə tam hazır hiss edirsən?
- Belə oyunlarda özümü göstərməliyəm. Öz formamı yığıram. Komanda üçün meydanda xeyir verəcəyimə əminəm. Bu toplanış mənə çox vacib idi.
 
 
- Artıq bir neçə klublar dağılmaq təhlükəsi ilə üzbəüz qalıb. Bu, “Zirə”nin Avroliqaya gedən yolunu asanlaşdırır. Bu fikirlə razısan?
- Yox, mən belə fikirləşmirəm. Dönüb geriyə baxanda görünür ki, həm Azal, həm də “Rəvan” bizdən istədiyi xalları alıb. Məncə, bizim hələ işimiz çoxdu. Çünki, bu yolu yaxşı nəticə ilə başa vurmaq istəyirik.  Bunu bacarmaq üçün də hər oyuna final matçı kimi çıxacağıq.
 
- Komandadan bir hücumçu ayrıldı və hələlik yeni hücumçu transfer edilməyib. Səncə, əsas heyətdə öz yerini asanlıqla təmin edə biləcəksən ?
- Asan heç nə olmur. Mən formada olandan sora əlbəttəki, oynayacam və bunun ücün çalışıram. Inanıram ki, fasilədən sonra qolları sıralamağa davam edəcəm. Əsas odur ki, zədədən uzaq olum, onda hər şey yaxşı olacaq.

Xəbər xətti