"Neftçi"dən qovulan məşqçi: "Məni kişi kimi işdən çıxaraydılar" FOTO

15:53 - 19 Yanvar 2016

"Klubun rəsmi saytında təkzib verilməsini istəyirəm"

 

Xəbər verdiyimiz kimi Azərbaycan milli komandasının sabiq qapıçısı Hüseyn Məhəmmədov “Neftçi”nin aşağı yaş qrupları üzrə komandasındakı işindən uzaqlaşdırılıb.

 

Sportal.az xəbər verir ki, Məhəmmədov qumar oyunlarında iştirakda ittiham olunur. Bu gün mətbuat konfransı keçirən Məhəmmədov məsələyə aydınlıq gətirib: “Məni işdən çıxara bilərlər. Amma qumarbaz kimi şərləməkləri düzgün deyil. Bu hal mənim üçün xoş deyil. Mənim futbolda uğrularım var. Biz hazırda işimizin gözəlliyindən danışmalıyıq. Mənim futbolçu və məşqçi kimi gördüyüm iş qiymətləndirilməlidir. Bizim bu gün MDB kubokunda Ermənistan klubunu udan günümüzdür. Mənim qumarbaz kimi adlandırılmağım düzgün deyil. Mən “topaz”da olmamışam. Həmişə komandanın başında olmuşam. Bunu yazanlar da etiraf edib ki, həmin şəkillər 1 il yarım əvvələ aiddir. Hәmin vaxt mәn işsiz olmuşam. Dostum Rusiyadan gəlmişdi, onunla "topaz"da çay içmişik. Bunu yazan media orqanı da etiraf edib. Məni kişi kimi işdən çıxaraydılar. Bu adla işdən çıxarılmağım düzgün deyil”.

 

Məhəmmədov məsələ ilə bağlı AFFA prezidenti Röövnəq Abdullayevə şikayət məktubu göndərəcək: “Mən Azərbaycan çempionuyam. Əllərində heç bir sübut olmadan məni işdən çıxarırlar. Bununla bağlı AFFA prezidenti Rövnəq Abdullayevə şikayət məktubu göndərəcəm. Bu barədə həmçinin klubun rəsmi saytında təkzib verilməsini də istəyirəm”.

 

Xəbər xətti