İkinci matçı
Türkiyədə təlim-məşq toplanışında olan “Qəbələ” bu gün ikinci yoxlama oyununu keçirib.
Sportal.az xəbər verir ki, yanvarın 10-dan Antalyada hazırlıq keçən Roman Qriqorçukun komandası İsveçrənin “Sürix” klubu ilə üz-üzə gəlib. "Qəbələ" rəqibi bu matçda 4 cavabsız qolla məğlub edib.
Bundan əvvəl Almaniyanın aşağı liqa təmsilçisi “Osnabryuk”la heç-heçə (1:1) edən “qırmızı-qaralar”ın bu dəfəki rəqibi zəngin tarixə malikdir. Finlandiya futbolunun əfsanələrindən olan Sami Hyuypiyanın baş məşqçisi olduğu “Sürix” cari mövsümün ilk yarısını uğursuz keçirib. 18 turdan sonra 17 xalı olan komanda 10 iştirakçı arasında 9-cudur. Cari mövsüm UEFA Avropa Liqasında çıxış edən sürixlilər III təsnifat mərhələsində mübarizəni dayandırıb.
20 yanvar
19:00.“Qəbələ” – “Sürix” 4:0
QOL: Vadim Abdullayev, 20, Antonov, 73, 75, 80
“Miracle” otelinin stadionu
saytlarin hazirlanmasi