Ardıcıl 3-cü qələbə
Bu gün Türkiyədə keçirilən “Antalya cup” turnirində III turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Albaniyadan olan həmyaşıdları ilə qarşılaşıb. Bu matçda Yaşar Vahabzadənin yetirmələri 4:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, yığmamız ilk turda Ukraynanın U-21 komandasını 2:1, Səudiyyə Ərəbistanının U-20 yığmasını 3:0 hesabı ilə məğlub edib.
26 yanvar
13:00. Azərbaycan U-21 – Albaniya U-21 4:0
Qollar: Vüqar Mustafayev,63, Azər Salahlı,74, Kamal Mirzəyev,80, Kamran Abdullazadə,90
Qırmızı vərəqə: Esin Hakay,65 (Albaniya)
“Su Səsi” otelinin “A” meydançası
saytlarin hazirlanmasi