"Neftçi", "Sumqayıt", "Zirə", "Kəpəz" və "Xəzər Lənkəran" klubları həll etməyiblər
Bu gün Klublar Komitəsinin növbəti iclası keçirilib.
Sportal.az xəbər verir ki, toplantıdan sonra komitənin sədri Fikrət Hüseynov müzakirə olunan məsələlərdən danışıb.
KK sədri 5 klubun hələ də PFL-ə borclu olduğunu bildirib: “Əsas məsələ də elə bu idi. Bildiyiniz kimi, 5 klub PFL ilə razılıq əldə edib. Onlardan sonuncusu AZAL oldu. İki gün öncə biz də borcları bağladıq. Qalan klublarla da borc məsələsini danışdıq. “CBC Sport”dan yayımdan gələn pullarla klublar PFL-ə olan borclarını bağlayacaqlar. Borc məsələsini hələlik “Neftçi”, “Sumqayıt”, “Zirə”, “Kəpəz” və “Xəzər Lənkəran” klubları həll etməyiblər. İki gün ərzində, ayın 27-si axşam saatlarına qədər hər klubun rəsmisi PFL-in prezidenti Ramin Musayevlə individual şəkildə görüşərək məsələni yoluna qoyacaq”.
saytlarin hazirlanmasi