AZAL - "Qarabağ" matçının vaxtı dəyişdirildi

12:33 - 27 Yanvar 2016

30 yanvarda deyil...

 

AZAL klubu Peşəkar Futbol Liqasına müraciət ünvanlayıb. AZAL əsas heyətin 3 üzvünün 21 yaşlı futbolçulardan ibarət Azərbaycan milli komandasının düşərgəsində olduğunu əsas gətirərək Azərbaycan Premyer Liqasının XIX turunun “Qarabağ”la keçiriləcək oyununun vaxtının dəyişdirilməsini xahiş edib.

 

Sportal.az xəbər verir ki, yarışların əsasnaməsini və “Qarabağ”ın razılığını rəhbər tutan PFL AZAL – “Qarabağ” görüşünün əvvəlcədən nəzərdə tutulduğu kimi 30 yanvarda deyil, 31 yanvar tarixdə oynanılmasına qərar verib. 

Xəbər xətti