Son matçı
Bu gün Türkiyədə keçirilən “Antalya Cup” turnirində IV turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Antalyada təşkil olunan yarışda mübarizə aparan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi son oyununa çıxıb. Turnirin V turunda oynamadan vətənə dönəcək komandamız Bəhreynin U-20 millisi ilə görüşüb. İlk 3 oyunda qələbə qazanan Yaşar Vahabzadənin yetirmələri Asiya təmsilçisini də 4:0 hesabı ilə məğlub edərək, son turun nəticələrindən asılı olmayaraq, yarışın qalibi olub.
28 yanvar
13:00. Azərbaycan U-21 – Bəhreyn U-20 4:0
QOLLAR: İlter Taşkın, 5, Elnur Cəfərov, 24, Ruslan Nəzirli,79, Abbas Hüseynov,83
“Su Səsi” otelinin “A” meydançası
saytlarin hazirlanmasi