Yenidənqurma işlərinə start verilib
"İnter" klubunda məlum dəyişiklikdən sonra, yeni prezident Rəşad Qasımov artıq uşaq futbolundakı problemləri həll etməyə çalışır.
Sportal.az-ın əldə etdiyi özəl məlumata görə, dünəndən etibarən klubun aşağı yaş qrupları üzrə komandalarının istifadə etdiyi "İnter Arena"nın 2 və 3-cü meydançaları arasındakı paltardəyişmə otaqlarında söküntü işlərinə başlanılıb və yeni 7-8 yeni paltardəyişmə otaqları tikiləcək. Bundan başqa 2-ci meydançanın ot örtüyü dəyişdiriləcək. 3-cü meydançanın üzəri örtüləcək və kiçik yaş qrupları burada məşq edəcək. "İnter Arena"nın 4-cü meydançasında da dəyişikliklər olacaq. Bu meydançada tribunalar və paltardəyişmə otaqları yenidən təmir ediləcək və tribunaların üstünün örtüləcəyi gözlənilir.
Bundan əlavə, aşağı yaş qruplarında çıxış edən hər bir futbolçu yeni geyim dəstləri ilə təmin ediləcək.
saytlarin hazirlanmasi