"Çempionatımız indikinə nisbətən əvvəl daha çətin idi"
"Türkiyə və ya Kiprdə oynamaq istəyirdim. Lakin məşqlər başlayanda "Xəzər Lənkəran"a baxışa dəvət etdilər. Oyunu bəyəndilər və müqavilə imzaladım".
Bu fikirləri Sportal.az-a açıqlamasında "Xəzər Lənkəran"ın qış fasiləsində I Divizionda mübarizə aparan "Bakılı"dan heyətinə cəlb etdiyi Orxan Səfiyarlı deyib.
Gənc futbolçu Premyer Liqada oynamağın çətin olmayacağını bildirib: "Simurq"un və AZAL-ın heyətində 4 il Premyer Liqada oynamışam. Cəmi 1 ildi Premyer Liqadan uzaq qalmışdım. Ona görə də mənim üçün problem olmayacaq. Çempionatımız indikinə nisbətən əvvəl daha çətin idi. Əzmkar mübarizə aparsaq uğurlar əldə edə bilərik. "Xəzər Lənkəran"da gənc futbolçulardan əlavə təcrübəli futbolçular da transfer olunub. İnanıram ki, uğurlu nəticələr əldə edəcəyik".
saytlarin hazirlanmasi