Cavid imamverdiyev: "Əsas məqsədimiz avrokuboklara getməkdir" MÜSAHİBƏ

00:47 - 31 Yanvar 2016

"Hələ ki, nəsə söyləmək tezdir"
 
"Neftçi"nin futbolçusu Cavid İmamverdiyev "Sumqayıt"la matçdan (1 - 0) jurnalistlərin suallarını cavablandırıb.
 
Sportal.az həmin müsahibəni təqdim edir:
 
 
- Oyun haqda fikirləriniz?
 
- Gərgin və maraqlı oyun alındı. “Sumqayıt” çox yaxşı kollektivdir. İlk hissə çətin oldu. Ancaq ikinci hissədə bizə lazım olan qolu vura bildik. Belə oyunlarda matçın taleyini bir qol həll edir. Bu qolu da biz vurduq. İnşallah növbəti oyunlara da ciddi hazırlaşacağıq.
 
- İkinci yerdə gedən “İnter”in avrokuboklardan uzaq qalmaq ehtimalı var. Həmçininin “Zirə”nin də. Fikrincə, “Neftçi”nin avrokuboklara getmək şansı yüksəkdir?
 
- Əlbəttə, əgər belədirsə. Amma biz buna ümid etməməliyik və öz oyunumuzu nümayiş etdirməliyik. Çünki “Neftçi” xalqın komandasıdır. Biz həmişə yuxarı pillələrdə olan komanda olmuşuq. Biz öz oyunumuzla avrokuboklarda oynamaq istəyirik.
 
- Sizcə, “Neftçi” bu oyunla avrokuboklara gedə biləcək?
 
- Üçüncü dövrə yeni start götürüb. Hələ ki, nəsə söyləmək tezdir. İnşallah növbəti oyunlarda daha güclü “Neftçi” görəcəksiniz.
 
- Yanvarda çox söz-söhbət gəzdi ki, “Neftçi” təlim-məşq toplanışı üçün ölkə xaricinə yollanmadı. Ancaq məğlub etdiyiniz “Sumqayıt” isə Antalyada təlim-çəşq toplanışı keçdi. Bu nəyə işarədir?
 
- Fərqi nədir? İstəyirsən get Amerikada təlim-məşq toplanışı keç. Əsas oyundur. Meydanda oyun nümayiş etdirib qələbə qazanmaq lazımdır. Mən deməzdim ki, bizim ölkə daxilində keçirdiyimiz məşqlər darıxdırıcı oldu. Əksinə, hər şey bizi qane etdi. Şəxsən mən çox istərdim ki, növbəti təlim-məşq toplanışımızı da, Bakıda keçirək.
 
- Çempionluğa inamınız qalıb?
 
- “Neftçi” həmişə çempionluğa oynayıb.  Xalqın komandasıyıq. Bu Allahaın işidir. Bilmək olmaz. Bizdən hərəkət, Allahdan bərəkət. Ümidimizi itirməmişik. Əsas məqsədimiz avrokuboklara getməkdir. Bunu bacaracağımıza inanıram.

Xəbər xətti