Rəşad Sadıqov: "Heç kim tam formada deyil" MÜSAHİBƏ

17:37 - 31 Yanvar 2016

"Bəhanə gətirmək istəməzdim"

 

"Qarabağ"ın AZAL-a məğlub olduğu matçdan (0 - 1) sonra Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb.

 

Sportal.az həmin müsahibəni təqdim edir:

 

- Oyun haqda fikirlərini bildirərdin...

Oyun bizim üçün pis alınmadı. İstədiyimiz hücumları qurduq, qol vəziyyətləri yaratdıq, təəssüf ki, bu şanslardan yararlana bilmədik. Rəqib bir səhvimizdən istifadə edib qələbə qazandı.

 

- Süni ot örtüyü oyununuza təsir etdi?

- Bəhanə gətirmək istəməzdim. Məğlub olduq, rəqibi təbrik edirəm.

 

- Hücumlarda son nöqtəni qoymaq olmurdu. Bunun səbəbi nədi?

- Bəli çoxsaylı qol epizodları yaratdıq, lakin istifadə edə bilmədik.

 

- Qələbə üçün nə çatmadı?

- Qələbə üçün qol epizodlarından istifadə etmək çatmadı. Ümumi götürdükdə oyunumuz yaxşı alındı. Son nöqtəni qoya bilmədik. 2 hücumçumuz da zədəlidi. Məcburiyyətdən hücumda Muarem oynayırdı.

 

- Muarem əvvəlki formasındadı?

- Tək Muarem yox, heç kim tam formada deyil. Fasilədən sonra tam formaya düşmək üçün 2-3 tur lazımdı. 

Xəbər xətti