"Mövsümün sonunda xaricə getmək barədə düşünmək olar"
Serbiya Super Liqasında mübarizə aparan "Radniçki" klubu "Sumqayıt"ın hücumçusu Amil Yunanovu transfer etmək üçün rəsmi təklif göndərib.
Gənc hücumçu sportal.az-a açıqlamasında bildirib ki, Antalyada baş tutan təlim-məşq toplanışından sonra "Radniçki" "Sumqayıt"a rəsmi təklif göndərilib:
“Radniçki mənim son oyunlarımı izləyib və Antalyada təlim-məşq toplanışından sonra təklif göndərib. Mənim “Sumqayıt”la müqaviləm var. Komandadan getmək fikrim yoxdu. Çempionatın üçüncü dövrəsi təzə başlayıb. Mövsümün sonunda xaricə getmək barədə düşünmək olar”.
saytlarin hazirlanmasi