"Xəzər Lənkəran"ın yeni transferi: "Meydanda birlik olub əzmkar oyun göstərə bilsək, çox komandaya baş ağrısı ola bilərik" MÜSAHİBƏ

13:18 - 2 Fevral 2016

"Son qərar baş məşqçinindir"

 

"Xəzər Lənkəran"ın yeni transferi Vüqar Bəybalayev Sportal.az-ın suallarını cavablandırıb:

 

 

- Artıq yeni klubunda məşqlərə başlamısan.Özünü necə hiss edirsən?

- 2 gündü “Xəzər Lənkəran”da məşqlərə başlamışam. Şükür ki, hər şey qaydasındadır. Özümü yaxşı hiss edirəm.

 

- “Xəzər Lənkəran” tam olaraq gənc futbolçulardan təşkil olunub. Bu amil sizi digər komandalardan çəkinməyə vadar etmirki?

- Komandada Premyer Liqa təmsilçisi olmayan futbolçular çoxluq təşkil edir. Lakin, təcrübələrinin olmamalarına baxmayaraq, hamısı istəkli və çalışqandırlar. Düşünürəm ki, meydanda birlik olub əzmkar oyun göstərə bilsək, çox komandaya baş ağrısı ola bilərik.

 

- Hazırda 9-cu pillədə qərarlaşmısınız. Mövsümün sonunda hansı pillədə olacağınızı düşünürsən?

- Azarkeşlərimizin də dəstəyi ilə yaxşı oyun sərgiləyərək mövsümün sonunda daha yüksək pillələrdə olacağımıza inanıram. Bunun üçün əlimizdən gələni edəcəyik.

 

- “Xəzər Lənkəran”dan oynayaraq milliyə dəvət almaq şansının olacağını düşünürsən?

- Məncə, şans həmişə var. Sadəcə bunun üçün çox çalışıb, oyunlarda əlimnən gələni edib daha yaxşı oyun sərgiləməliyəm.

 

- Premyer Liqanın növbəti turunda “Qarabağ”la matçınız var. Liderlə matçda şanslarınızı necə dəyərləndirirsən?

- Lider “Qarabağ”la matçda xalla qayıdacağımıza inanıram. Meydana çıxıb öz oyunumuzu oynamalıyıq.

 

- Bu matçda oynamaq ehtimalın var?

- Şans həmişə var. Oynamağa hazıram. Lakin, son qərar baş məşqçinindir. 

Xəbər xətti