Hakim səhvlərindən danışıldı
Azərbaycan teleməkanında qısa zamanda populyarlıq qazanan "TOP TOP" verilişi növbəti buraxılışı ilə tamaşaçıların görüşünə gəlib.
Sportal.az xəbər verir ki, "TOP TOP"un bu sayı da Azərbaycan futbolunda baş verən ən maraqlı hadisələrə həsr olunub. Proqramın bu dəfəki qonaqları “Neftçi”nin sabiq baş məşqçisi Arif Əsədov, FİFA hakimi Anar Salmanov və idman jurnalisti Saleh Arslan olub.
"TOP TOP"da fasilə dövründə klublarımızın hazırlığı, yeni transferlər, Premyer Liqa oyunlarının müzakirəsi, Azərbaycan futbolunun hazırki durumu, 3-cü dövrənin ilk turunda baş verən hakim səhvləri, U-21 komandamızın Türkiyədə qazandığı uğur müzakirə edilib.
saytlarin hazirlanmasi