"Bu barədə baş məşqçi qərar verəcək"
Xəbər verdiyimiz kimi, "Qarabağ" "Sumqayıt"dan ayrılan qolkiper Şahruddin Məhəmmədəliyevi heyətinə qatıb. Onun komandaya gəlişindən sonra "Qarabağ"ın türkiyəli gənc qolkiperi Halit Oğuzhan Çitırkının əsas komandaya cəlb olunacağı çətinə düşüb.
Sportal.az-a açıqlamasında Çitırkı məsələyə belə aydınlıq gətirib:
"Mən hər zaman olduğu kimi əlimdən gələni edib daha da yaxşı çıxış etməyə çalışacam. Şahruddinin komandaya gəlməyinə normal baxıram. İnşallah, o da komandaya çox xeyir verə biləcək. Mən mövsümün sonuna qədər "Qarabağ"dayam. Əgər, baş məşqçimiz məni komandada görmək istəyərsə, karyerama burada davam etmək istəyirəm. 3 ildir ki, burdayam. "Qarabağ" ailəm kimidir. Mənim əsas məqsədim odur ki, öz üzərimdə daha çox çalışıb məşqçimizin etibarını doğrulda bilim".
saytlarin hazirlanmasi