"Hazırlığımızın bəhrəsini oyunda gördük"
AZAL-ın yarımmüdafiəçisi İlqar Ələkbərovun Sportal.az-a müsahibəsi:
- "Qarabağ"la oyun haqda danışardın. Son 2 ilin çempionunu məğlub etdiz. Ümmiyyətlə bu oyun haqda nə deyə bilərsən?
- Ölkə daxilində çox yaxşı hazırlıq keçdik. Həm fiziki, həm də taktiki tapşırıqların üzərində işlədik. “Qarabağ”la oyunun çətin olacağını bilirdik. Ona görə də bu oyunun məsuliyyətini dərk edirdik. Bu matça çox ciddi hazırlaşmışdıq. Hazırlığımlzın bəhrəsini oyunda gördük.
- Bir qolla qalib gəldiz və bu qolun ötürməsini də sən verdin. Komandasnın qələbəsində əsas pay sahiblərindən biri olduğunu düşünürsən?
- Əgər qələbə qazanmışıqsa burda bütün komandanın əməyi var.
- AZAL çempionanta çox pis start vermişdi. Zaman keçdikcə vəziyyət düzəldi. Son turların isə ən yaxşı komandası demək olar ki, AZAL-dı. 6 oyundur məğlub olmursuz. Uğurlu çıxışın səbəbi nədir?
- Düzdü çempionatın startında 5 oyun dalbadal məğlub olduq. Bizə özümüzü toparlamaq üçün vaxt lazım idi. Çünki komanda yeni qurulmuşdu. Futbolçular bir-birini yaxşı başa düşə bilmirdi. Amma Premyer Liqanın ortalarında özümüzə gəldik . 5 oyunun 4-də qələbə qazanıb, 1 matçda heç-heçə etdik, qapımızda top görmədik. Komandanın nəticə qazanmasının əsas səbəbi birliyin, yaxşı kollektivin olmasıdı. Şükürlər olsun ki bizim komandada bu var. Hamı bir-birinin sözünü eşidir, kollektivdə hörmət var.
- Növbəti oyununuz “Kəpəz”ə qarşıdı. Gəncə səfərində uğurlu seriyanın davam edəcəyinə inanırsan?
- “Kəpəz” yaxşı komandadı. Möhtəşəm azarkeşləri var. Hər oyun çətin olur, sasn oyun yoxdu. Çalışacağıq ki, bu çətin səfərdən 3 xalla dönərək uğurlu seriyamızı davam etdirək.
- AZAL-ın Premyer liqada hədəfi nədir?Avrokuboklara vəsiqa qazanmaq olar?
- Biz Premyer Liqada qalmaq uğrunda mübarizə aparırdıq. Amma indiki vəziyyət elədir ki, komandalar arasında xal fərqi çox azdı. Avrokuboklara vəsiqə qazanmaq mümkündü. Hər şey ola bilər.
- Bir müddət əvvəl sənə Türkiyə klubundan təklif gəlmişdi.O məsələ nə yerdə qaldı?
- O məsələ hələ də gündəmdədi. Amma mən hələ getmək istəmirəm. Çünki istəyirəm ki, yaya qədər bir az da forma yığım. Yaydan sonra bu barədə fikirləşmək olar. Mən hələ AZAL-ın futbolçusuyam. Komandamla fəxr edirəm.
saytlarin hazirlanmasi