"Rahidin gedişi bizim üçün böyük itkidi"
"Komandada əhval-ruhiyyə yaxşıdı, hər şey yolundadı deyərdim. Çox gözəl kollektivimiz var".
Bu fikirləri Sportal.az-a açıqlamasında "Xəzər Lənkəran"ın futbolçusu Zaman Mirzəzadə bildirib.
Gənc futbolçu XX turda qarşılaşacaqları "Qarabağ"la matç haqda da fikirlərini səsləndirib: "Rəvan"la oyunda istədiyimiz nəticəni əldə edə bilmədik. O matçı artıq yaddan çıxarmalıyıq. Qarşıda bizi "Qarabağ"la ağır oyun gözləyir. Rəqibə hörmətimiz var. Amma biz təkcə "Qarabağ"a yox, çox komandaya baş ağrısı olacağıq. Yeni qurulmuş komandayıq. İnşallah istədiyimiz nəticəni əldə edib Lənkərana qayıdacağıq".
21 yaşlı müdafiəçi Rahid Əmirquliyevin "Xəzər Lənkəran"dan ayrılmağının komanda üçün böyük itki olduğunu deyib: Rahid Əmirquliyevə yeni komandasında uğurlar arzu edirəm. Onun kimi futbolçunun yerini kimsə verə bilməz. Biz gənclər üçün böyük təcrübə idi. Meydanda ona baxıb təcrübə toplayırdıq. Rahidin gedişi bizim üçün böyük itkidi. Qarşıdakı matçda bizə qarşı oynasaydı bir az fərqli olardı. Çünki biz onu həmişə "Xəzər Lənkəran" forması ilə görmüşük".
saytlarin hazirlanmasi