Türkiyə mətbuatı: "Gələcəyin ulduzu olmağa namizəd göstərilən futbolçu Azərbaycanda qarın çörəyinə oynayır"

16:33 - 5 Fevral 2016

"Mirkamil Həşimlinin dramı"

 

Türkiyə mətbuatı "Rəvan"ın futbolçusu Mirkamil Həşimlidən yazıb.

 

Sportal.az xəbər verir ki, milliyyet.com.tr saytı gənc futbolçu haqda "Mirkamil Haşımlının dramı" başlıqlı yazı dərc edib. Yazıda bir zamanlar "Fənərbaxça"da oynayan futbolçunun gələcəyin ulduzları arasında göstərildiyi  qey edilir: "Fənərbaxça"da gələcəyin ulduzlarına namizədlər arasında göstərilən Mirkamil Həşimli Azərbaycanda forma belə geyə bilmir. Qarın çörəyinə oynayır".

 

"Bir zamanlar "Fənərbaxça"da forma geyən Mirkamil Həşimli Azərbaycanda belə oynamaqda çətinlik çəkir. Azərbaycan Premyer Liqasında sonuncu pillədə yer alan "Rəvan"ın şərəfini qoruyan 19 yaşlı futbolçu ehtiyyat oyunçular skamyasına məhkum oldu. Gənc futbolçunun Azərbaycanda qarın çörəyinə oynadığı məlum olub. Oyunçunun illik maaşının 6000 dollar olduğu, "Rəvan" I Diviziona düşərsə bu maaş yarıbayarı azalacaq".

 

"Mirkamil 2006-cı ildə "Fənərbaxça"da ilk addımını atdı. U-15 liqasında "Qalatasaray"la matçda zədələnmişdi. Sol ayağı qırılan Mirkamili "sarı-qırmızılar" ziyarət etmişdi. Bu olay böyük marağa səbəb olmuşdu və əzəli rəqabətdə son illərin ən önəmli centilmenlik göstərisi kimi qəbul olunmuşdu".

Xəbər xətti