Xaqani Məmmədov: "Hər iki qırmızı vərəqə doğru idi"

19:05 - 5 Fevral 2016

"Başqa heç bir məlumat verə bilmərəm"

 

Premyer Liqanın XX turunun açılış matçında "Neftçi" ilə "Rəvan" "Baksel Arena"da üz-üzə gəldi.

 

Sportal.az xəbər verir ki, gərgin keçən matç 1 - 1 hesablı bərabərliklə başa çatıb. Matçı hər iki komanda 10 nəfərlə tamamlayıb. Belə ki, 82-ci dəqiqədə "Neftçi"nin futbolçusu Filyo Jairo Rodriges, 85-ci dəqiqədə isə "Rəvan"dan Yasin Həmidi qırmızı vərəqə alaraq meydandan qovulub.

 

Matçdan sonra AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov Sportal.az-a açıqlama verib. O, hər iki epizodda qırmızı vərəqənin haqlı qərar olduğunu bildirib: "Hər iki qırmızı vərəqə doğru idi. Bu oyun haqda başqa heç bir məlumat verə bilmərəm".

Xəbər xətti