"Avroliqaya vəsiqə qazanmaq mümkündü"
"Sumqayıt"ın gənc qapıçısı Tərlan Əhmədlinin Sportal.az-a müsahibəsi:
“Sumqayıt”da vəziyyət necədi? Hazırlıqlar necə gedir?
- Hər şey qaydasındadı. Təəssüflər olsun ki, çempionatın ikinci yarısına istədiyimiz kimi başlaya bilmədik. Amma buna baxmayaraq komandada əhval-ruhiyyə yaxşıdı.
- Səfərdə “Qəbələ” ilə qarşılaşacaqsız. Bu oyunla bağlı nə deyə bilərsən?
- “Qəbələ” ilə oyunun hazırlıqlarını davam etdiririk. Hesab edirəm ki oyuna tam hazırıq. Məğlubedilməz rəqib yoxdu. Biz hər matça qələbə qazanmaq üçün çıxırıq. İstər evdə olsun, istər səfərdə.
- Qış fasiləsində ölkə daxilində, həm də xaricində hazırlıq keçdiz. Amma komanda çempionata uğurlu start götürə bilmədi. Bunun səbəbi nə ilə bağlıdı?
- Bu futboldu. Hər şey ola bilər. Bəli, startımız istədiyimiz kimi alınmadı. Amma bu hələ heç nə demək deyil. İrəlidə kifayət qədər oyunlarımız var. “Sumqayıt” hələ öz sözünü deyəcək.
- Səlahət Ağayev komandaya transfer olundu. Səncə mövqeyini uduzmusan?
- Səlahət Ağayev təcrübəli qapıçıdı. O, komandamız üçün uğurlu transferdi. Mənim mövqeyimə gəldikdə isə, mən məşqimi edib şansımı gözləyəcəm.
- Yenidən Samir Abasovun şans verəcəyinə ümid edirsən?
- Ümid yox, mən buna inanıram.
- “Sumqayıt” bu oyunla avroliqaya vəsiqə qazana bilər?
- Bunu indidən söyləmək çox tezdi. Amma niyə də yox? Avroliqaya vəsiqə qazanmaq mümkündü. Bunun üçün əlimizdən gələni edəcəyik.
- Komanda yoldaşın Amil Yunanov gözəl oyunu ilə yadda qaldı. Amma o da fasilədən sonra zəif çıxış edir. Ümumiyyətlə gənc futbolçular bir müddət parladıqdan sonra zəif çıxış etdiklərini müşahidə edirik. Səncə bunun səbəbi nədir? Arxayınlıq demək olar ya da ulduz xəstəliyi?
- Amil çox sadə adamdı. Heç bir ulduz xəstəliyindən söhbət gedə bilməz. Bu həqiqətəuyğun deyil. Fasilədən sonra cəmi 2 oyun olub. Zəif çıxış etdiyini demək üçn hələ çox tezdi. İnanıram ki, Amil hələ rəqib komandaların qapısına çox yol tapacaq.
- “Sumqayıt” Vaqif Cavadov, Rasim Ramaldanov kimi futbolçular transfer etdi. Səncə onların komandaya nə dərəcədə köməyi dəyər?
-Hər ikisi təcrübəli futbolçudu. Təbii ki, bizə kifayət qədər xeyirləri olacaq.
- 21 yaşlılardan ibarət milli komandanın səfərdə Rusiya ilə oyunu olacaq. Bu oyun haqda nə deyə bilrsən?
- Rusiya milli komandasını Bakıda məğlub etməyi bacarmışıq. Səfərdə bizi çətin oyun gözləyir. Vətənə xalla dönməyə çalışacağıq. Bunun üçün əlimizdən gələni etməliyik.
saytlarin hazirlanmasi