Mövsümün sonuna qədər
"Krılya Sovetov"dan ayrıldıqdan sonra işsiz qalan Nikolas Kanales yenidən Azərbaycana qayıdıb.
Klubdan Sportal.az-a verilən məlumata görə, "Neftçi" 3-cü dəfə Kanalesi heyətinə qatıb. 31 yaşlı çilili forvardla mövsümün sonuna qədər müqavilə imzalanacaq.
Qeyd edək ki, Nikolas 2012/13 və 2014/15 mövsümlərində də “Neftçi”nin formasını geyinib.
saytlarin hazirlanmasi