"Əlimizdə olan futbolçularla kifayətlənəcəyik"
Azərbaycan Premyer Liqasının XXI tur çərçivəsində doğma meydanda "İnter"i qəbul edən AZAL 0:0-lıq heç-heçə edib.
Sportal.az-ın stadionda olan əməkdaşının verdiyi məlumata görə, oyundan sonra "İnter"in baş məşqçisi Zaur Svanadze bunları qeyd edib:
"Yaxşı oynamadıq, amma xal qazandıq. Qol vəziyyətlərimiz az oldu. Həlledici məqamlarda qol vura bilmirik. Çatışmayan cəhətləri aradan qaldırmalıyıq. Transfer pəncərəsində istədiyimiz hücumçunu ala bilmədik. Qış fasiləsində 9 oyunçunu yola saldıq və 3 oyunçu aldıq. Borclarımızın çoxluğu istədiyimiz transferləri gerçəkləşdirməyə mane oldu. Mövsümün sonuna qədər əlimizdə olan futbolçularla kifayətlənəcəyik. Maliyyə problemimiz yoxdu. Sadəcə köhnə borclar qalıb".
saytlarin hazirlanmasi