Əsgər Abdullayev: "Kanalesin komandamıza böyük xeyri dəyəcəyini fikirləşirəm"

19:14 - 13 Fevral 2016

"Xəzər Lənkəran” oyununu hücumlar üzərində qurmuşdu"

 

Azərbaycan Premyer Liqasının XXI turu çərçivəsində səfərdə "Neftçi"nin qonağı olan "Xəzər Lənkəran" 0:1 hesabı ilə məğlub olub.

 

Sportal.az xəbər verir ki, oyundan sonra "Neftçi"nin baş məşqçisi Əsgər Abdullayev bunları qeyd edib:

 

"Bu komandalar arasında oyun həmişə gərgin keçir. Lənkəran təmsilçisi böyük dəyişikliklərə baxmayaraq qələbə üçün çalışırdı.  "Xəzər Lənkəran” oyununu hücumlar üzərində qurmuşdu. Futbolçulara cinahdan oynamaq tapşırıqları vermişdim. Hücumçu problemimiz var. Sırf hücumçu olmaması işimizə çətinlik törədir. İkinci hissədə taktiki dəyişiklik etdim. 2 hücumçu ilə oynadıq və Fəhmini cinahlara çəkdim. Düşünürəm ki, hücumçu problemimizi Kanaleslə yoluna qoya biləcəyik. Kanales komandamıza yad sima deyil. Komandamıza böyük xeyri dəyəcəyini fikirləşirəm".

Xəbər xətti