Rəşad Abdullayev: "Fikrimiz çempionluğa oynamaq deyil" MÜSAHİBƏ

00:27 - 16 Fevral 2016

"İstəyirik ki, liderlər qrupunda olaq"
 
 
"Zirə"nin kapitanı Rəşad Abdullayev "Rəvan"la (2:1) matçdan sonra sportal.az-a müsahibə verib:
 
- Oyun haqda fikirlərinizi bildirərdiniz...
- Çətin oyunkeçdi. “Rəvan” bizə asanlıqla təslim olmadı. Özünüz də gördünüz ki, bizə çətin anlar yaşatdılar. Əsas odur ki, qələbə qazana bildik.
 
- Baş məşqçiniz Adil Şükürov mətbuat konfransında bildirdi ki, artıq çempionluq uğrunda mübarizə aparırıq. Bəs, siz futbolçular bu mübarizədə özünüzə inanırsınz?
- Sözün düzü, istəyirik ki, liderlər qrupunda olaq. Fikrimiz çempionluğa oynamaq deyil. Biz sadəcə, o yola doğru gedirik. Amma sırf olaraq üst pillələrdə qalmaq istəyirik
 
- Qol imkanlarınızın sayı çox olsa da, yalnız iki qol vurdunuz...
- Bəzən belə hallar olur və fürsətləri dəyərləndirə bilmirsən. Rəqib hesabı bərabərləşdirsə də, özümüzdə güc tapıb qələbə qolunu vurduq.
 
- Üçüncü dövrədə keçirilən oyunlarda matça sonradan daxil olursunuz...
- Bu, futboldur. Məşqçilərin hər bir qərarına hazır olmalıyıq.
 
- Sizcə, artıq yaş öz sözünü deyir?
- Mən nə zaman hiss etsəm ki, oynaya bilmirəm, o zaman artıq karyeramı bitirərəm. Amma mən özümdə güc hiss edirəm. Düzdür, əvvəlki kimi deyil. Amma buna baxmayaraq, komandama hər zaman faydalı olmağa çalışıram.

Xəbər xətti