5 matça...
Azərbaycan Premyer Liqasının XXI turu keçirilən 5 matçla arxada qalıb.
Sportal.az xəbər verir ki, 5 matç stadionda ümumilikdə 24 min 650 azarkeş gəlib. Ən çox azarkeş isə Gəncədə qeydə alınıb. Belə ki, "Kəpəz" - "Qarabağ" (1:2) matçında 20 min 400 izləyici olub. İkinci ən çox azarkeş toplayan matç isə 2500 fanatla "Neftçi" - "Xəzər Lənkəran" (1:0) qarşılaşması olub.
"Qəbələ" - "Sumqayıt" (1:0) oyununda 850, "Zirə" - "Rəvan" (2:1) qarşılaşmasında 600, AZAL - "İnter" (0:0) matçında isə 300 izləyici qeydə alınıb.
saytlarin hazirlanmasi