AFFA "Neftçi" və "Rəvan"ı cəzalandırdı

12:59 - 16 Fevral 2016

Komitənin qərarları

 

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

 

Sportal.az xəbər verir ki, komitə Azərbaycan Premyer Liqasının XXI turundakı bəzi qayda pozuntuları ilə bağlı qərarlar verib.

 

Azərbaycan Premyer Liqasının XXI turunun “Neftçi” – “Xəzər Lənkəran” matçında “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

 

Azərbaycan Premyer Liqasının XXI turunun “Zirə” – “Rəvan” matçının 85-ci dəqiqəsində “Rəvan” klubunun futbolçusu Kənan Müslümov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

Xəbər xətti