"Sumqayıt"ın kapitanı: "Avroliqa haqda düşünmürük..." MÜSAHİBƏ

00:17 - 19 Fevral 2016

"Onların əsl gücünü növbəti oyunlarda görəcəyik"
 
“Sumqayıt”ın kapitanı Vurğun Hüseynov sportal.az-a müsahibə verib:
 
 
- III dövrədə keçirdiyiniz hər üç qarşılaşmada məğlub oldunuz. Bu uğursuz çıxışın səbəbini nədə görürsünüz?
Fürsətləri dəyərləndirə bilmirik. “Qara zolağ”a düşmüşük. Sadəcə bəxtsizliklə əlaqələndirərdim. Qarşıdakı oyunlarda ümid edirəm ki, öz istədiyimiz nəticələri əldə edə biləcəyik.
 
 
- Qarşıda AZAl-la ev oyunu var. “Qara zolaq”dan çıxacağınıza inanırsınızmı? Ümumiyyətlə, komandada əhval-ruhiyyə necədir?
- Bu oyuna çox ciddi hazırlaşırıq. Hədəfimiz yalnız və yalnız qələbədir. Bu çətin vəziyyətdən çıxmalıyıq. Əlimizdən gələni edəcəyik ki, bu oyunda azarkeşlərimizi sevindirək. Məşqçilərimiz və rəhbərlik bizə inanır. Komandada əhval-ruhiyyə də yaxşıdır.
 
 
- III dövrədə qol vurmamağınızı hücum xəttinizin zəifləməsi ilə əlaqələndirmək olar?
- Bizim hücumçularımız çox güclüdürlər. İnanın, onlar yenə də öz sözlərini deyəcəklər.
 
 
- Artıq “Sumqayıt”Avroliqaya ümid edir?
- Hazırda biz Avroliqanı düşünmürük. Yalnız qarşıdakı oyunları fikirləşirik. Əlbəttə, hər bir futbolçu istəyər ki, avrokuboklarda oynasın. Ümid hər zaman var.
 
- Baş məşqçiniz Samir Abasov bildirib ki, Avroliqaya getmək üçün yeganə yol Azərbaycan kubokunda uğurlu çıxış etməkdir. ¼ final mərhələsində “Qarabağ”la qarşılaşacaqsınız...
- Bu mövsüm “Qarabağ”a məğlub olmamamışıq. Amma bu reallıqdır ki, “Qarabağ” Azərbaycanın ən güclü komandasıdır. İnşallah həmin oyunlarda məğlub olmarıq və növbəti mərhələyə vəsiqə qazanarıq.
 
- Yeni transferlərin çıxışı haqda nə söyləyə bilərsiniz?
- Onlar komandaya yeni qoşululublar. Hələ indidən onlara qiymət vermək tezdir. Onların əsl gücünü növbəti oyunlarda görəcəyik.
 
- Mövsümün sonunda neçənci pillə komandanı qane edər?
- Bacardıqca daha çox xal toplayıb son pillələrdən qurtulmaq istəyirik. Bu yer bizi qane etmir. 

Xəbər xətti