"Qəbələ"nin futbolçusu: "Məni bir oyunla sildilər" MÜSAHİBƏ

13:59 - 19 Fevral 2016

"Mən özümü bu yerə layiq görmürəm"

 

"Qəbələ"nin gənc futbolçusu Vadim Abdullayev Sportal.az-ın suallarını cavablandırıb:

 

- “Qəbələ”dəki çıxışın barədə fikirlərin? Ab-hava necədir?

- “Kəpəz”lə matçda səhvim oldu. Bundan sonra ehtiyatda qalmağım məsləhət bilindi. Gənc futbolçuyam. “Qəbələ”nin heyətində  də təlim-məşq toplanışında oldum. Demək olar ki, hər matçda da əsas heyətdə yer aldım. Lakin, Premyer Liqada bu halla üzləşməyim məni üzdü. Məni bir oyunla sildilər.

 

- “Qəbələ”də özünü əsas heyətdə görürsən?

- Bilənlər bilir ki, mən “Bakı”nın yetirməsiyəm. Həmin vaxtda az-az gənc  futbolçular əsas heyətdə yer alırdı. Buna baxmayaraq, baş məşqçi mənə güvənirdi. Düzdü, həmin matçlar da müəyyən səhvlər edirdim. Lakin, nəzərə almaq lazımdır ki, hər bir futbolçu səhv edə bilər. “Kəpəz”lə matçda etdiyim səhvdən sonra demək olar ki, oynamıram. Bu da mənə pis təsir eliyir. Həmin səhvin acısını çəkirəm. Bir səhvlə vəziyyətin belə yerə gəldiyi üçün təəssüflənirəm. Onu da qeyd edim ki, “Kəpəz”in meydanında futbol oynamaq çox çətindir. Həmin ot örtüyündə futbolçunun səhv etməsi qaçınılmazdır. Bunu da nəzərə almaq lazımdır. Mətbuatda da görürəm ki, mənim  haqqımda elə də xoş sözlər söyləmirlər. Bu da mənə pis təsir eləyir. Həmin sözləri deyənlərə səslənirəm ki, futbol keçicidir, əsas olan insanlıqdır. Əgər kiminsə, hardasa əziyyəti olubsa, əziyyətlərin rahat tapdalanmasınlar və qədr bilməyi bacarsınlar. Buna görə də, bir söz söyləməmişdən öncə düşünmək lazımdır. Mən 2-3 il ərzində çox zədələr aldım. Əməliyyatlarım da oldu. Lakin, mən bu dönəmdən yaxşı çıxa bildim və öz üzərimdə çalışaraq özümü inkişaf etdirdim. Mən demirəm ki, mən çox güclü futbolçuyam. Amma, hər bir futbolçuya dəyər vermək lazımdır.

 

- Komandanın çempionluq şanslarını necə dəyərləndirirsən?

Bu haqda çox danışmaq istəməzdim. Biz sona qədər mübarizə aparacağıq. Sonda hər şeyə aydınlıq gələcək.

 

- Millidə çıxış etmək şansın barədə nə deyə bilərsən? Səncə, Prosineçkinin diqqətini cəlb etmək üçün nə lazımdır?

- “Qəbələ”nin təlim-məşq toplanışında yoxlama matçlarında oynadıq. Prosineçki də həmin matçları izlədi. Düşünürəm ki, bəyəndiyi futbolçulardan biri də mən idim.Ancaq, Prosineçkinin çempionat oyunlarına daha çox üstünlük verəcəyini düşünürəm. Kim özünü yaxşı tərəfdən göstərəcəksə, o da dəvət alacaq. Əgər mənə çempionat oyunlarında şans verilməyəcəksə, millidən danışmaq absurddur. Mən özümü bu yerə layiq görmürəm. Nə vaxtsa milliyədə dəvət alsam, əlimdən gələnin daha da yaxısını etməyə məcburam. Dəvət alıb-almayacağımı zaman göstərəcək.

 

- Belə bir dönəmdə legioner həyatı yaşamağı düşünürsən?

- Mən açıq söyləyəcəm. Mənim kimdənsə, gizlədəcəyim bir şey yoxdu. Hazırda mən futboldan iyrənmişəm. Daha da dəqiqləşdirsəm, iyrəndiriblər. Hara gedirəmsə gedim, başımın dincəlməyini istəyirəm. Legioner həyatı da yaşamaq istərdim. Ailəmin icazə verəcəyi təqdirdə niyə də olmasın?

 

- Növbəti turda “Rəvan”la matç barədə fikirlərin? Nəzərə almaq lazımdır ki, “Rəvan” heç də yaxşı günlərini yaşamır...

- Futbolda zəif və ya güclü komanda olmur. Zəif oyun olur. Ona görə də bu matçın da çətin keçəcəyini söyləmək olar.Şanslar bərabərdir.Meydana çıxıb əlimizdən gələni edəcəyik.

Xəbər xətti