"Uduzmuşuqsa, deməli mən nə isə səhv etmişəm"
Azərbaycan Premyer Liqasının XXII turunda doğma meydanında "Kəpəz”i qəbul edən "İnter" 1:0 hesablı qələbə qazanıb.
Sportal.az xəbər verir ki, oyunsonrası mətbuat konfransında "Kəpəz”in baş məşqçisi Şahin Diniyev bunları qeyd edib:
"Komanda pis oynamadı. Məncə, nəticə ədalətli deyildi. Ədalətli hesab heç-heçə idi. Hücum etməyə çox gec başladıq. "İnter"i qələbə münasbətilə təbrik edirəm. Komandama təşəkkür edirəm. Onlar yaxşı oyun sərgilədilər. Ancaq əsas olan qol vurmaq idi ki, bunu da bacarmadıq. Bu da, rəqibin 5 müdafiəçiylə çıxş etməsiylə bağlı idi. Belə oyunla liderlər qrupunda yer almağa razıyıq.”
- Komanda sanki hücumda çoxala bilmirdi. Bu nə ilə bağlı idi?
- Komandada fiziki durum qaydasındadı. Taktiki cəhətdən bəzi probler var. Əsasən, sağ cinahda bir qədər axsayırdıq. "İnter"in müdafiə futbolu sərgiləməsi bizim əks-hücumlar qurmağımıza mane olurdu.
- Ardıcıl 2-ci oyundu ki, komanda yaxşı oyun sərgiləsə də, xalsız qalır. Bu komandadakı maliyyə problemiylə bağlı deyil ki?
- Xeyir, bu maliyyə ilə bağlı deyil. Futbolçular qarşısına əsas məqsəd kimi yaxşı nəticə qazanmağı qoyub. Maliyyə bizim üçün ikinci plandadı. Uduzmuşuqsa, deməli mən nə isə səhv etmişəm. Bir də deyirəm, biz məğlubiyyətə layiq deyildik.
- Artıq üçüncü oyundu ki, "İnter"ə qol vura bilmədiniz. "İnter"in digər komandalarla fərqi nədi?
- Bunu bayaq da dedim. "İnter"lə oyunda qol vurmaqda çətinlik çəkirik. Hətta lider "Qarabağ"a qol vursaq da, "İnter"ə vura bilmədik. Bu da"İnter"in müdafiə oyunu oynamasıyla bağlı idi. Çalışacağıq ki, bu komandayla dördüncü oyunda qol vurub, qalib gələk.
- Komandanın bazasının tikintisi nə yerdədi? Komandanın məğlubiyyətində bunun nə dərəcədə rolu var?
- Uğursuz oyunu bazanın hazır olmamasının üstünə atmaq fikrim yoxdu. Bu barədə rəhbərlikdən soruşun. Bazasız komanda səviyyəli ola bilməz. Bazanın tikintisiylə şəhər rəhbərliyi məşğuldu. Mayadək hazır olmalıdı. Ancaq dediyim kimi, məğlubiyyətə bunu səbəb göstərə bilmərəm. Əsas odu ki, biz futbol oynayırıq. Gec-tez nəticə də gələcək.
saytlarin hazirlanmasi