"Əsas olan onun sağlamlığıdı"
Azərbaycan Premyer Liqasının XXII turunda doğma azarkeşləri önündə "Neftçi”ni qəbul edən "Qarabağ" 2-0 hesablı qələbə qazanıb.
Sportal.az xəbər verir ki, oyunsonrası mətbuat konfransında "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov qarşılaşmanı şərh edib:
- Çox maraqlı oyun oldu. Oyunun gedişatından da, nəticədən də razı qaldım. "Neftçi" çox çətin rəqibdi. Sürətli futbol oynayırlar. Əsas odu ki, 3 xal qzanmağı bacardıq. Qarşıda bizi çətin oyunlar gözləyir. Qələbəyə görə futbolçuları və azarkeşləri təbrik edirəm. İkinci hissə xüsusilə yaxşı keçdi. Oyunun tempi aşağı düşmədi. Rəqibə gələn oyunlarda uğurlar arzulayıram.
- Rahidin debütü hesabla bağlı idi?
- Rahid bir ay bizdən ayrı məşq etdi. Onu meydana buraxmağı əvvəlcədən planlaşdırmışdım.
- Reynaldonun Çin klubuna keçidi barədə nə deyə bilərsiz?
- Reynaldonu əvvəl də istəmişdilər. Bir müddət əvvəl ərəb klubları onun xidmətində maraqlı idi. Ancaq onun zədəsinin olması keçidə mane oldu. Əsas olan onun sağlamlığıdı.
- "Qarabağ"da həmişə heyətlə bağlı problemlər olurdu. Ancaq bu mövsüm bu cəhətdən problem yoxdu. Hansısa futbolçunun ehtiyatda qalaraq formadan düşəcəyindən narahat olmursuz ki?
- Bəli, narahat oluram. Heyətdə 15 futbolçu var ki, onlar daim əsas heyətdə oynamağa layiqdi. Ancaq elə şərait yaradıram ki, bu futbolçular hamısı şans qazansın.
- Qara Qarayevə son vaxtlar az şans verirsiz? Bu, onun qışda Türkiyə klubuyla danışıqlar aparmasıyla bağlıdı?
- Yox. Bayaq da dediyim kimi, bizim komandada start heyətində şans qazanmağa layiq 15 futbolçu var. Qaranın bizimlə ilyarımlıq müqaviləsi var.
- Komandanın məhsuldarlığından razısız?
- Əlbəttə, əlavə hücumçu olsaydı daha yaxşı olardı. Ancaq əsas olan odu ki, əlində olan oyunçulardan düzgün istifadə edəsən. Bəzən elə olur ki, komanda hücumçuların yardımı olmadan da qalib gəlir. Məsələn, "Kəpəz" son oyunumuzda standart vəziyyətlərdən fərqləndik. Hücumçu transferi çox çətindi. Avropa klubları da səviyyəli hücumçu transferində çətinlik çəkirlər.
saytlarin hazirlanmasi