Rahid Əmirquliyev: "İndiki vəziyyətdə mərkəzi oyun "Qarabağ" - "Neftçi" matçıdır" MÜSAHİBƏ

23:15 - 20 Fevral 2016

"Tez qol vurmağımız bizim üçün düşərli oldu"
 
“Qarabağ” – “Neftçi” (2:0) matçından sonra Rahid Əmirquliyev sportal.az-a müsahibə verib:
 
- Əzəli rəqibinizi məğlub etdiniz...
- Bilirdik çox ağır oyun olacaq. Baxmayaraq ki, “Neftçi”nin turnir cədvəlində vəziyyəti elə də yaxşı deyil. Amma “Neftçi” hər zaman yaxşı bir komanda olub. Çox sevinirəm ki, qələbə qazana bildik.
 
- İstədiyiniz oyunu nümayiş etdirə bildiniz?
- Bəzi epizodlarda alınırdı, elə olurdu ki, istədiyimizi edə bilmirdik. Rəqib də imkan vermirdi. Əsas odur ki, 3 xalı qazandıq.
 
- “Qarabağ”ın heyətində ilk rəsmi matçını keçirdin. Öz oyununla bağlı nə söyləyə bilərsən?
- Bir aydır ki, oynamırdım. Zədədən əziyyət çəkirdim. Tam formada olmasam da, çalışacam ki, istədiyim oyunu nümayiş etdirə bilim və komandaya faydalı olum.
 
- Erkən qol qələbənizdə mühüm rol oynadı?
- Bəli. Tez qol vurmağımız bizim üçün düşərli oldu.
 
- “Qarabağ” – “Neftçi” oyunu mərkəzi oyun hesab edilir. Bu atmosferi hiss edirdiniz?
- İndiki vəziyyətdə bu, doğrudur. Bəli, bu oyun mərkəzi matçdır. Əlbəttə...
 
- “Xəzər Lənkəran” – “Neftçi” matçı ilə bu qarşılaşmanı müqayisə etmək olar?
- Əvəllər mərkəzi oyun kimi “Xəzər Lənkəran” – “Neftçi” oyunu göstərilirdi. İndi isə “Xəzər Lənkəran”ın vəziyyəti yaxşı deyil. 

Xəbər xətti