Muarem Muarem: "Çempionluq haqda danışmaq hələ tezdir" MÜSAHİBƏ

00:18 - 21 Fevral 2016

"Neftçi" əvvəlki kimi güclü olacaq"
 
“Qarabağ” – “Neftçi” (2:0) matçından sonra Muarem Muarem sportal.az-a müsahibə verib:
 
- Oyun haqda fikirləriniz?
- Bilirdik ki, çətin olacaq. "Neftçi" son görüşlərdə güclü oynayırdı. Onların oyunlarını izləyirdik. Oyuna yaxşı başladıq və qələbə qollarını vurub, qalib gəldik. Buna görə sevinirik.

- Əvvəllər də "Neftçi"yə qarşı oynamısan. Həmin "Neftçi" ilə indiki arasında hansı fərqlər var?
- Çoxlu sayda gənc oyunçular var. Onlara qarşı oynamaq çətindi. Gənc futbolçular özlərini yaxşı tərəfdən göstərdi.

- “Neftçi” əvvəlki “Neftçi” deyil…
- Fikrimcə, yavaş-yavaş "Neftçi" əvvəlki kimi güclü olacaq.
 
- Bəs, siz özünüz nə vaxt əvvəlki Muarem olacaqsınız?
- Mən də buna çalışıram. Türkiyədə olduğum 5-6 ay ərzində yalnız 3-4 görüşə çıxdım. Oyun praktikadan əziyyət çəkirəm. Amma məşqlərdə əlimdən gələni edirəm, öz üzərimdə işləyirəm.

- Oyun praktikasından əziyyət çəkməyiniz, sizi ruhdan salmır?
- Oyun praktikasından əziyyət çəkməyim normal haldı. Bütün oyunçular oyun praktikasından əziyyət çəkdikdən sonra, əvvəlki formasına qayıtmağı zaman alır.
 
- Çoxları düşünürdü ki, "Qarabağ" - "Neftçi" oyunu daha bolqollu və aqressiv keçər. Amma heç belə olmadı.
-Belə olmağı yaxşıdı. Aqressivlik lazım deyil. Qoy bütün oyunlar belə sakit və nizam-intizamlı keçsin.

- Cari mövsüm hər iki görüşdə "Neftçi"yə qalib gələ bilməmişdiniz. Bu oyundan öncə necə, Qurban Qurbanovun hansısa xüsusi tapşırığı olmuşdu?
- Xeyr, elə bir tapşırıq gəlməmişdi. AZAL-la oyunda uduzanda belə, Qurban Qurbanov dedi ki, bu cür də oynamağa davam edin, qələbə özü gələcək. 

- Artıq ikinci pillədən xeyli uzaqlaşırsınız. Belə davam edəcəyiniz təqdirdə, demək olar ki, mart ayında çempionluğunuzu rəsmiləşdirəcəksiniz?
- Martda çempionluq? Bu haqda danışmaq hələ tezdi. Düzdü, yaxın izləyicimizdən uzaqlaşmağımız yaxşıdı. Amma indidən çempionluq haqda danışmaq olduqca tezdi.
 
 
- Qarşıda “İnter”lə matç var. Bu oyun haqqında nə deyə bilərsiz?
- "İnter"in "Kəpəz"ə qarşı oyununu izlədik. "İnter" də yüksək yerlər üçün mübarizə aparır. Fikrimcə, bizim üçün elə də asan oyun olmayacaq. Yaxşı komandadırlar.
 
- “İnter”in heyətində Vüqar Nadirov var. Ona qarşı oynamaq maraqlı olacaq?
- Əlbəttə, Vüqar Nadirova qarşı oynamaq maraqlı olacaq.
 
- Reynaldo ilə yaxşı anlaşırdız. Samuel Armenterosla oyununuz necə alınır?
- Heç bir problem yoxdur.

Xəbər xətti