"Çox istəyirdik ki, qol vuraq"
Azərbaycan Premyer Liqasının XXII turu çərçivəsində doğma meydanda "Zirə"ni qəbul edən "Xəzər Lənkəran" 0:2 hesabı ilə məğlub olub.
Sportal.az xəbər verir ki, oyundan sonra "Xəzər Lənkəran"ın baş məşqçisi Elbrus Məmmədov "CBC Sport"a açıqlamasında bunları qeyd edib:
"Rəqibi qələbə münasibəti ilə təbrik edirəm. Güclü rəqibə qarşı oynadıq. Çox istəyirdik ki, qol vuraq. Lakin, alınmadı. Komandamızın əsas çatışmazlığı qol vura bilməməyidir. Vursaq, əhval-ruhiyyəmiz dəyişəcək. Gələcəyə ümidlə baxıram".
saytlarin hazirlanmasi