AZAL-ın qapıçısı: "Bunu başqa başqa cür izah edə bilmirəm" MÜSAHİBƏ

12:30 - 22 Fevral 2016

"Çox zəif oyun nümayiş etdirdik"
 
Premyer Liqanın 22-ci turunda keçirilən "Sumqayıt" - AZAL (2:0) matçından sonra "təyyarəçilər"in qolkiperi Stanislav Namaşko Sportal.az-a müsahibə verib:
 
- Oyun haqda fikirləriniz?
- “Sumqayıt” çox istəkli idi. Bizim oyunumz çox təəssüf alınmadı. Rəqibi bizi sıxışdırmaqla ilk hissədə qapımızdan iki qol keçirdi. Çox zəif oyun nümayiş etdirdik.
 
- AZAL səfərdə çox zəif çıxış edir...
- Ola bilər, biz səfərdə oyunumuzu nümayiş etdirə bilmrik. Mən bunu başqa başqa cür izah edə bilmirəm. “Kəpəz”lə matçda da rəqibimiz qələbə üçün çox can yandırırdı. Bu oyunda da belə oldu. Bu da bizim məğlubiyyətimizə səbəb idi.
 
- Oyunun gedişində futbolçulara çox narazılıq edirdininiz...
- Mən bir qapıçı olaraq oyunun gedişini kənardan izləyə bilirəm. Futbolçulara ona görə etiraz edirdim ki, rəqibə boş zona verməyin.
 
- Buraxılan qollarda müdafiə xəttinin səhvləri var idi?
- Mən bunu belə qiymətləndirməzdim. Biz komanda şəklində zəif oynadıq. Bu məğlubiyyətdə məndən başlayaraq hücumçumuza kimi hamının səhvi var.
 
- Fasilədə baş məşqçiniz Tərlan Əhmədov nə tapşırıqlar verdi?
- Məşqçimiz bizə oyunun hələ bitmədiyini və hesabı dəyişmək üçün şansımızın olduğunu dedi. Lakin rəqib ikinci hissədə həm müdafiə həm də hücum xəttində yaxşı oynadı. Bizə heç bir fürsət vermədi. “Sumqayıt” qələbəyə layiq idi.

Xəbər xətti