"Bəxt bizdən üz döndərmişdi"
"Sumqayıt" - AZAL matçından sonra meydan sahiblərinin müdafiəçisi Slavik Alxasov Sportal.az-a müsahibə verib:
- III dövrədə ilk qələbənizi qazandınız…
- Bəxt bizdən üz döndərmişdi. Yaxşı oynayırdıq, amma nəticə qazana bilmirdik. Şükürlər olsun ki, bu matçda qələbə qazandıq. Bütün oyunlarda qələbə qazanmaq istəyirik.
- Növbəti oyununuz “Kəpəz”lə olacaq. Bu matçda qələbənin ardını gətirə biləcəksiniz?
- “Kəpəz”lə səfər oyunu çox ağır olacaq. Gəncə təmsilçisi azarkeşləri önündə hər zaman qələbəyə oynayıb. Bizə çox çətin olacaq.
- Mart ayında millimizin təlim-məşq toplanışı olacaq. Dəvət gözləyirsinizmi?
- Əlbəttə. Kim istəməz? Millinin formasını geymək mənim üçün qürurverici olar. İnşallah dəvət alsam, özümü yaxşı tərəfdən göstərə bilərəm.
- Özünüzü milliyə hazır hesab edirsiniz?
- Əlbəttə.
- Bəs, dəvət almasanız bunu ədalətsizlik kimi hesab etmərsiniz?
- Xeyr. Yığmaya dəvət almasam, bunu ətalətsizlik kimi hesab etmərəm. Məşqçilərin fikrinə hörmətlə yanaşmaq lazımdır.
- Meydanda tez-tez yıxılırsınız…
- Vururlar. Mən də yıxılıram. Cinah müdafiəçisi olduğum üçün hücumlara qoşuluram. Ona görə də, rəqib oyunçularla mübarizədə yıxılmağım normaldır. Amma qətiyyən simuliyasiya etmirəm.
saytlarin hazirlanmasi