"İnter Arena" bizim balansımızdadır"
Bakının "İnter" klubunun balansında olan "İnter Arena"nın icarə haqqı bitib. Stadionun paytaxt klubunun balansında qalıb-qalmayacağı barədə məsələyə aydınlıq gətirən "İnter"in mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov maraqlı fikirlər səsləndirib.
Sportal.az-a açıqlamasında Məmmədov həmçinin növbəti mövsüm "İnter"in avrokuboklardan uzaq qalmaq ehtimalından da söz açıb:
"Biz bununla bağlı məlumat da yaymışdıq. İcarə məsələsi öz həllini tapıb. Stadion tam olaraq "İnter"in balansındadır. Daxili oyunlarda stadion "İnter Arena" olaraq gedir. Lakin, UEFA-da isə "Şəfa" stadionu adını daşıyır. UEFA-ya olan borc məsələsinə gəldikdə isə, məlum olduğu kimi, biz borcumuzu qoyulan vaxtda qədər ödəyə bilmədik. Lakin, biz bir neçə futbolçu ilə razılığa gəlmişik. Borcların tam ödənilməməsi ilə bağlı həm AFFA, həm də UEFA-ya məlumat verilib. UEFA bizim növbəti mövsüm avrokuboklarda iştirak edib-etməyəcəyimiz barədə son qərarı gələn ay verəcək".
saytlarin hazirlanmasi