"Hər şeyə mövsümün sonunda aydınlıq gələcək"
"Xəzər Lənkəran"ın futbolçusu Orxan Səfiyaroğlu Sportal.az-ın suallarını cavablandırıb:
- “Xəzər Lənkəran”da işlər elə də yaxşı getmir. III dövrədə xal qazanmamaqla bərabər, heç bir matçda qol da vura bilməməsiniz. Bu barədə fikirlərin?
- Komandada işlər elə də pis deyil. Sadəcə oyunlarda bəxtimiz gətirmir. Biz vura bilmirik və bunun əvəzində bizə vururlar. Məşqlərdə də bunun üzərində çalışırıq ki, qol vuraq. “Neftçi” və “Zirə” ilə matçlarda qol vura bilsəydik, hər iki matçda da qalib gələrdik. Çünki, iki rəqibimizdən də üstün oyun göstərdik.
- Komandada özünü necə hiss edirsən? Xoşbəxtsən?
- Özümü çox yaxşı hiss edirəm. Burda olmaqdan çox şadam.
- Milliyə dəvət almaq şansını necə dəyərləndirirsən?
- Əgər matçlarda özümü yaxşı tərəfdən göstərə bilsəm, niyə də olmasın? Millimizin baş məşqçisi demək olar ki, hər bir matçı izləyir və bəyəndiyi oyunçunu da yığmaya dəvət edir.
- Səncə, “Xəzər Lənkəran” əvvəlki gücünü bərpa edə biləcək?
- Biz bunun reallaşması üçün əlimizdən gələni edirik. Getdikcə oyunumuz daha da irəliyə doğru gedir. İstəsək, bunu bacara bilərik.
- Mövsümün sonunda komandanın aşağı diviziona düşmək ehtimalı barədə nə düşünürsən?
- Dediyim kimi, çalışacağıq ki, hər oyundan xal götürüb daha da yaxşı vəziyyətə gələk.
- Əgər “Xəzər Lənkəran” Premyer Liqanı tərk etsə, komandadan ayrılmaq kimi bir düşüncən ola bilər?
Bu barədə danışmaq hələ tezdir. Hər şeyə mövsümün sonunda aydınlıq gələcək.
- Hazırki vəziyyətdə hansı komandanı çempionluğa ən real namizəd kimi görürsən?
- Hər şey sonda bəlli olacaq. Amma, hazırkı durumda ən real namizəd “Qarabağ”dır.
- Növbəti turda “Qəbələ” ilə qarşılaşacaqsınız. Bu çətin matçda ən azı qol vurmaq şansınız var?
- Məncə, Qəbələdən xalla ayrılacağıq. Komandada hər kəs buna inanır.
saytlarin hazirlanmasi