"Rəvan"ın futbolçusu: "Prosineçkinin cavanlara daha çox şans verməyi mənim üçün stimuldu" MÜSAHİBƏ

12:01 - 26 Fevral 2016

"Qismət olarsa, legioner həyatı yaşamaq istəyərəm"

 

"Rəvan"ın gənc futbolçusu Əziz Hüseynov Sportal.az-ın suallarını cavablandırıb:

 

- “Rəvan” çox pis günlərini yaşayır və sonuncu pillədə gedirsiniz. Bu barədə fikirlərin?

- Komandada ab-hava normaldı. Ancaq, yaxşı olması üçün bizə xallar qazanmaq lazımdı ki, sonuncu pillədən qurtulaq. Biz də bunun üçün hər oyuna ciddi hazırlaşırıq. Son dəqiqələrdə qollar buraxmağımız bəxtsizlikdəndi. İnanıram ki, növbəti oyunlarda bizdən qələbələr görəcəksiniz.

 

- Belə davam edəcəyi təqdirdə çox güman ki, yenidən I Diviziona qayıdacaqsınız. Belə olacağı təqdirdə komandadan ayrılmaq fikrin yoxduki?

- Mövsümün sonuna hələ çox var. Bizim ilk hədəfimiz sonuncu pillədən qurtulmaqdır. Gələcəkdə komandada qalıb-qalmayacağımı zaman göstərəcək. Əsas odur ki, xeyirlisi olsun.

 

- “Rəvan”da çıxış edərək milliyə dəvət almaq şansını necə dəyərləndirirsən? Özünü millidə görürsən?

- Bildiyimiz kimi, millimizə Robert Prosineçki gəldikdən sonra cavanlara daha çox şans verir. Bu da mənim üçün bir stimuldu. Hər bir futbolçunun arzusu olduğu kimi, mənim də ən böyük arzum milliyə dəvət almaqdı. Bunun üçün çox çalışıb hər oyuna ciddi hazırlaşıram.

 

- Gələcək karyeran barədə fikirlərin? Legioner həyatı düşünürsən?

- Hazırda “Rəvan”ın şərəfini qoruyuram. Komandamın uğurları üçün əlimdən gələni etməliyəm. Gələcəyi vaxt göstərəcək. Qismət olarsa, legioner həyatı yaşamaq istəyərəm.

 

- Premyer Liqada çempion olaraq hansı komandanın şanslarını daha çox dəyərləndirirsən?

Hazırki durumda “Qarabağ”ın şansı daha çoxdu.

 

- Premyer Liqanın növbəti turunda AZAL-la qarşılaşacaqsınız. Nəzərə alsaq ki, “təyyarəçilər” də son turlarda xal qazana bilmirlər, bu oyundan xalnan qayıtmaq mümkündür?

- AZAL-la səfər oyunumuzun çətin keçəcəyini bilirik. Buna görə də bu matça çox ciddi hazırlaşırıq. Bu oyuna 3 xal üçün çıxacağıq. Geriyə yolumuz yoxdu. Bizi ancaq qələbə qane edəcək. 

Xəbər xətti