Zaur Svanadze: "Məhz bu amildən "Qarabağ" oyunun axarını dəyişə bildi"

20:34 - 27 Fevral 2016

"İlk hissədə yaxşı oyun nümayiş etdirdik"
 
Azərbaycan Premyer Liqasının XXIII turunda doğma meydanda "Qarabağ”ı qəbul edən "İnter" 1:1 hesablı heç-heçə edib.
 
Sportal.az xəbər verir ki, oyunsonrası mətbuat konfransında "İnter”in baş məşqçisi Zaur Svanadze qarşılaşmanı şərh edib:
 
"Çox çətin və maraqlı qarşılaşma baş tutdu. İlk hissədə yaxşı oyun nümayiş etdirdik. İkinci hissədə isə geri çəkildik. "Qarabağ"ın ehtiyat oyunçular skamyası çox zəngindir. Məhz bu amildən Qurban Qurbanovun yetirmələri oyunun axarını dəyişə bildilər. Biz futbolçu azlığından əziyyət çəkirik. Zədəli futbolçularımız var. Ümumilikdə, yaxşı oynadıq və oyunçularımdan çox razı qaldım".

Xəbər xətti