Kamran Ağayev: "Belə matçda güclü olan deyil, bəxti gətirən qalib gəlir" MÜSAHİBƏ

12:30 - 28 Fevral 2016

"Bir 90 dəqiqə də oynasaq, “Qarabağ” bizə qol vura bilməzdi"
 
"İnter"in qapıçısı Kamran Ağayev "Qarabağ"la (1:1) matçdan sonra Sportal.az-a müsahibə verib:
 
- Oyun haqda fikirləriniz?
- “Qarabağ”ın oyun taktikasına bələd idik. Bilirdik ki, necə oynayacaqlar. Belə matçda güclü olan deyil, bəxti gətirən qalib gəlir.
 
- “İnter” oyuna bəxt üçün çıxmışdı?
- Xeyr. Qətiyyən. Qoldan sonra biz müdafiə olunduq. Bizim oyun taktikamız belədir.
 
- Georgi Lomaya sarı vərəqə alanda Lomayaya hakim barədə jest etdin...
- Mən hakimin adını belə çəkməmişəm. Mən hakim deyəndə eşitdin? Mən heç o sözü Lomayaya demirdim. Mirhüseyn Seyidova dedim ki, nə baş verib?
 
- Son dəqiqələrdə buraxılan qoldan sonra hansı hissləri keçirirsən?
- Bir 90 dəqiqə də oynasaq “Qarabağ” bizə qol vura bilməz. Təəssüflənirəm. Əlbəttə.
 
- Qoldan sonra topu rəqibə vermək istəmirdin...
- Son dəqiqələrdə qol buraxmaq adama pis gəlir. Öz yerimizdə oynayırdıq və hesab bərabərləşəndə də üstümə gəlir. “İnteri”i aşağılamaq istəmirəm. Sadəcə, bizim taktikamız belədir.
 
- Rəşad Sadıqoun qol vuracağını gözləyirdin?
- Mən fikirləşməmişdim ki, meydana çıxanda qol buraxım. 

Xəbər xətti