3 gündür məşqə çıxmırlar
I Divizionda mübarizə aparan "Mil-Muğan"ın ev oyunlarını keçirdiyi Heydər Əliyev adına stadionda biabırçılıq yaşanıb.
Sportal.az-ın əldə etdiyi özəl məlumata görə, İmişlidə yerləşən stadionda işıq və su pulu ödənmədiyinə görə kəsilib. Buna görə də, futbolçular 3 gündür məşqə çıxa bilmirlər. Belə ki, futbolçuların məşqdən sonra yuyunmaqları üçün heç bir şərait yoxdur.
Qeyd edək ki, "Mil-Muğan" Azərbaycan I Divizonunun XVI turu çərçivəsində martın 6-sı doğma meydanda MOİK-i qəbul edəcək. Bu matçın Heydər Əliyev stadionunda baş tutub-tutmayacağı isə hələlik bəlli deyil.
saytlarin hazirlanmasi