Elvin Əliyev: "Oyuna köklənməyi maddiyətə bağlamıram"
"Rəvan"ın müdafiəçisi Elvin Əliyevin Sportal.az-a müsahibəsi:
- Premyer Liqanın son turunda 10 nəfər qalan AZAL-a məğlub oldunuz..
- Hədsiz dərəcədə pis oynadıq. Məşqlərdə taktiki gedişlər üzərində çalışmışdıq, ancaq qarşılaşmada bunları yerinə yetirə bilmədik. İlk hissədə heç nə edə bilmədik, rəqib də uzun ötürmələrlə hücuma keçirdilər, bəxtimiz gətirdi ki, qollar buraxmadıq. İkinci hissədə toparlansaq da, hücumda son nöqtəni qoya bilmədik. Çatışmazlıqlarımız çoxdur.
- Belə gedişlə, "Rəvan" nəyə ümid edir?
- Siz “Rəvan”ın içərisində olsaydınız, bu suala daha yaxşı cavab verərdiniz. Ümidimiz sonda ölür, əlimizdən gələni etməyə çalışırıq. Komandamızın 90 faizi futbol görmüş oyunçulardır. “Qəbələ”, “Neftçi”, bir sözlə güclü rəqiblərlə daha yaxşı oynayırıq. Ancaq hücumda problemlərimiz var, son nöqtəni qoya bilmirsiniz.
- AZAL-la qarşılaşmada əvəzləndikdən sonra məşqçilər heyətinə etiraz etdin...
- Oyun zamanı bir az emisional idim. Sonradan eşitdim, baş məşqçi sarı vərəqəm olduğuna görə əvəzlədi. Məşqçinin qərarı düzgün idi.
- Komandada hiss olunur ki, futbolçular arasında anlaşmazlıqlar var. Oyun zamanı bir-birinizə söz atmacaları çox olur...
- Düzdür, belə hallar olur. Həm biz, həm də AZAL da autsayderlər sırasında qərarlaşmışıq. Belə atmacaların əsas səbəbi hesabda məğlub durumda idik. Autsayderi uda bilmiriksə, kimi məğlub edək. Buna görə də futbolçular daha aqressiv idi. Güclü komandalarla oyunlarda belə hallar olmur.
- Kubokda "İnter"lə qarşılaşacaqsınız...
- Hər bir oyuna xüsusi hazırlaşırıq. Öz adımdan deyə bilərəm ki, oyuna köklənməyi maddiyətə bağlamıram. Pulun olan vaxtı da olub. Çalışacıq ki, qələbə qazanaq. Hər şey pul deyil, futbolçu meydana çıxırsa, maddi tərəf yaddan çıxır. Əsas odur, hücum xəttində daha fəal iştirak edək və çoxlu qol vuraq.
saytlarin hazirlanmasi