Komitənin qərarları
İntizam Komitəsinin bugünkü iclasında bir sıra qərarlar qəbul olunub.
Sportal.az xəbər verir ki, iclasda Premyer Liqa klubları da cəzalanıb:
Premyer Liqanın XXIII turunun “Kəpəz” – “Sumqayıt” matçında “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur.
Premyer Liqanın XXIII turunun AZAL – “Rəvan” matçının 51-ci dəqiqəsində AZAL klubunun 4 №-li futbolçusu Qvanzav Maqomedov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.
Premyer Liqanın XXIII turunun “Zirə” – “Neftçi” matçında “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur.
Oyunun 43-cü dəqiqəsində “Neftçi” klubunun 10 №-li futbolçusu Cavid İmamverdiyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur. Oynunun 1-ci hissəsi başa çatdıqdan sonra “Neftçi” klubunun məşqçisi Dimitri Kramarenko qaydaları pozduğuna görə texniki zonadan kənarlaşdırılıb. Bu səbəbdən məşqçi 1 oyun cəzalanır, klub 1000 manat cərimə olunur.
Premyer Liqanın XXIII turunun “İnter” – “Qarabağ” matçında “İnter” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur.
Əvəzedici heyətlərin XXIII turunun “Kəpəz” – “Sumqayıt” matçının 71-ci dəqiqəsində “Kəpəz” klubunun 14 №-li futbolçusu Fərid Məmmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur
saytlarin hazirlanmasi