"Biz müdafiə xəttində səliqlə oynayırıq"
“İnter”in müdafiəçisi Ruslan Əmircanovun Sportal.az saytına müsahibəsi:
- “Qarabağ”la oyunda 3 xala yaxın olsanız da, 1 xalla kifayətləndiniz…
- Həmin oyunun çətin keçəcəyini bilirdik. Çox ciddi hazırlaşmışdıq. Çempionatın lideri ilə oynadığımızı dərk edirdik. “Qarabağ” hücum futbolu oynaya komandadır. Ona görə də, onlara qarşı müdafiə futbolu oynadıq. Deməzdim ki, müdafiədə ciddi səhvlərə yol verdik. Oyunun sonlarında qapımızda qol görməyiz adamı təəssüfləndirir.
- “Qarabağ”la oyunda 2 xal itirdiyinizi söyləmək olar?
- Biz rəqibdən çəkinmirdik, qorxmurduq. Oyunun son dəqiqələrində qol buraxdıq və 3 xalı 1 xala dəyişdik. Deməli, qismət belə imiş.
- İlk hissədən fərqli olaraq 2-ci hissədə tamamilə müdafiə xəttində oynadınız…
- “Qarabağ”a qol vurmaq lazım idi. Biz onlara qarşı açıq futbol oynaya bilməzdik. Əgər bunu etsəydik, müdafiədə boşluqlar olacaqdı. Ona görə də, sıx futbol oynadıq. Biz müdafiədə boş-boşuna durmamışıq ki, gəlin, keçin qol vurun. Xeyr. Biz müdafiə xəttində səliqlə oynayırıq.
- “İnter” iki cəbhədə mübarizə aparır. Avroliqaya kuboku qazamaqla yollanmaq istəyirsiz yoxsa çempionatda yüksək yerləri tutub yollanmağı?
- Bütün komandalar istəyir ki, avrokuboklara vəsiqə qazansın. Bizim də hədəfimiz bütün turnirlərdə uğurlu çıxış etməkdir. Biz hər iki cəbhədə yaxşı çıxış etmək istəyirik və bütün oyunlara ciddi yanaşırıq.
- UEFA “İnter”lə bağlı qərarını verməyib…
- Düzdür, bu məsələ hələ ki, bilinmir. Amma biz çempionatda sona qədər mübarizə aparacağıq. İndi çempionatın ortasında oynamayaq ki, avrokuboklara getməyəcəyik? Qərardan asılı olmayaraq öz oyunumuza davam edəcəyik. “İnter” üçün sona qədər vuruşmalıyıq.
- Ötən mövsümlə indiki mövsümü müqayisə edəndə çempionatımız haqda nə düşünürsüz?
- Böhran klublara təsir edir. Klublar əvvəlki kimi səviyyəli legionerlər gətirə bilmir. Vaxt var idi ki, Lənkərandan xal gətirmək qeyri-mümkün bir iş idi. Fikrimcə, əvvəlki illərə baxanda çempionatın səviyyəsi bir qədər aşağı düşüb.
- Sabiq komandanız “Neftçi” bu mövsüm çox zəif çıxış edir. Komandanın keçmiş futbolçusu kimi qıraqdan baxanda necə bir mənzərə görürsünüz?
- Düzdür, mən “Neftçi”nin 3 il çörəyini yemişəm. “Neftçi”nin adı hər zaman yüksəklərdə olub. Komandanın rəhbərliyi var. Klubun zəif çıxışı haqda onlar fikirləşməlidirlər. Amma “Neftçi”nin oyunlarına baxanda hiss olunur ki, oyunçular meydanda can qoyurlar, amma bəxtsizlik öz sözünü deyir. Bəxt onlardan üz döndərib. “İnter” ötən mövsümdə 7 oyuna 3 xal toplamışdı, amma çempionatı 2-ci pillədə başa vurdu.
Mehman Əşrəfov
saytlarin hazirlanmasi